“Sabah”ın yubiley qolu

Sportarena.az      1 Dekabr 2020 , 17:25

“Sabah” Premyer Liqada 50-ci qolunu vurub. Yubiley qolu 11-ci turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

 

“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.

 

“Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də, “Keşlə” ilə matçda (1:0) vurmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin