Messi yenə ÇL matçını buraxacaq

Sportarena.az      2 Dekabr 2020 , 09:54

“Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə qarşılaşacağı Macarıstanın “Ferentsvaroş” klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmamağa qərar verib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kuman bu oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb. Onların adı Budapeştə aparılacaq futbolçuların siyahısına daxil edilməyib.

 

Xatırladaq ki, Kuman Messiyə Kiyev “Dinamo”su ilə 4-cü tur matçında da istirahət vermişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin