"Qarabağ" - "Makkabi" matçının hakimləri açıqlandı

13:35 2 Dekabr 2020

Avropa Liqasının 5-ci turunda "Qarabağ"ın "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək matçı üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Robert Hennessi olacaq. Ona yan xətt hakimləri Allen Linç və Emmet Dinan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

 

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti