Məşhur idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi

15:52 2 Dekabr 2020

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub.

 

Oxu.Az-ın əldə etdiyi özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib.

 

Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Olimpiya Yay Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı (iki gümüş və iki bürünc medal) da var. Həmçinin, Həsənov I Avropa Oyunlarının, 2012-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun və Yay Universiadasının mükafatçısıdır.


Digər xəbərlər

Xəbər xətti