“Qarabağ” koronavirusa yoluxanların adlarını rəsmən açıqladı

Sportarena.az      3 Dekabr 2020 , 10:10

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə oyundan öncə UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

 

Sportarena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da koronavirus testindən keçib və müdafiəçidə də koronavirus aşkarlanıb.

 

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovda testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

 

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün “Makkabi” ilə oyunun heyətinə əlavə edilməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin