“Traktor”dan yeni mövsümdə ilk qələbə

Sportarena.az      3 Dekabr 2020 , 11:20

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.Sözügedən komanda səfərdə “Mes Rafsancan”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Cənubi Azərbaycan nəhənginin yeni mövsümdəki ilk qələbəsidir.

 

Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Gol Gohar”la ev oyununda minimal hesabla uduzub.

 

Dörd turdan sonra 5 xalı olan “Traktor” 16 kollektiv arasında 10-cu, 1 xala malik “Maşinsazi” isə 15-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin