“Sumqayıt”ın 20 futbolçusunda koronavirus çıxdı, məşqlər dayandı

Sportarena.az      3 Dekabr 2020 , 17:05

Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Sumqayıt” məşqləri dayandırıb.

 

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, komanda üzvlərinin dünən verdiyi koronavirus testinin nəticəsi səbəbindən belə qərar qəbul edilib.Belə ki, heyətdəki futbolçulardan 18-nin, eyni zamanda 2 inzibati heyət işçisinin test nəticəsi pozitiv çıxıb. 

 

Testi pozitiv çıxan futbolçular bunlardı: Mehdi Cənnətov, Aydın Bayramov, Vurğun Hüseynov, Tellur Mütəllimov, Rəhim Sadıqov, Adəm Həmati, Cavid İmamverdiyev, Hüseynəli Quliyev, Camələddin Xocaniyazov, Xəyal Nəcəfov, Vüqar Mustafayev, Nurlan Quliyev, Elvin Bədəlov, Kərəm Sultanov, Eltun Turabov, Elvin Məmmədov, Murad Xaçayev və Rüfət Abdullazadə.
 

“Sumqayıt” bütün məşqləri dayandırıb, futbolçular karantinə alınıb. Klub Peşəkar Futbol Liqasına müraciət edərək “Zirə” ilə matçın təxirə salınmasını istəyib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin