"PFL çempionatın davam etdirilməsinin tərəfdarıdır" - AÇIQLAMA

18:18 9 Dekabr 2020

“AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin birgə videokonfransı keçirilib. Klublarla çempionatla bağl müzakirələr aparılıb. Ancaq hansı təkliflərin müzakirə olunmasını deyə bilmərəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib. O bildirib ki, PFL koronavirus pandemiyasına görə dayandırılan çempionatın davam etdirilməsini istəyir: “Təbii ki, PFL çempionatın davam etdirilməsinin tərəfdarıdır. Bizim mövqeyimiz budur. Ancaq futbolçuların sağlamlığı da bizim üçün önəmlidir” - deyə Şahgəldiyev qeyd edib.


PFL rəsmisi təxirə salınan 12-ci turun oyunlarının nə vaxta təyin ediləcəyi haqda indidən qərar verməyin çətin olduğunu bildirib.
 

Qeyd edək ki, AFFA PFL və klublarla videokonfrans formatında iki iclas keçirib. Bugünkü iclasda yekun qərarın PFLtərəfindən veriləcəyi bildirilib.  


Digər xəbərlər

Xəbər xətti