"Qarabağ"la oyunun ləğv ediləcəyinə ümid edirəm" - AÇIQLAMA

00:53 10 Dekabr 2020

"Vilyarreal"ın futbolçusu Pau Torres Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "“Qarabağ"a qarşı keçirməli olduqları oyunun baş tutmaması barədə danışıb.
 

Sportarena.az xəbər verir ki, 23 yaşlı müdafiəçi İspaniya mətbuatına deyib:
 

"Oyunun keçirilmə ehtimalı çox azdı. UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar. Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
 

"Qarabağ"da koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.


Digər xəbərlər

Xəbər xətti