Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi

15:00 13 Dekabr 2020

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku davam edir. 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı dünya çempionu Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə erməni Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

 

Həmyerlimiz axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.


Xəbər xətti