“Sumqayıt” klubunun 10 futbolçusunun koronavirus testi pozitiv çıxıb

Sportarena.az      13 Dekabr 2020 , 17:04

“Sumqayıt”ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

 

Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv çıxıb. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. 

 

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı yeddidən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin