“Temperaturum oldu, bədənim çox pis ağrıyırdı” – "Qarabağ"ın qapıçısı

Sportarena.az      15 Dekabr 2020 , 13:17

"Evdə oturmuşam, istirahət edirəm”.

 

Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına "Qarabağ” klubunun koronavirusa yoluxan qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.

 

Azərbaycan millisinin qolkiperi hazırda özünü yaxşı hiss etdiyini söyləyib: "Bir gün temperaturum oldu, bədənim çox pis ağrıyırdı. Həkimin yazdığı dərmanı içirəm. Özümü indi daha yaxşı hiss edirəm”.

 

Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının təxirəsalma ilə davam etdirilməsi qərarına da münasibət bildirib. 26 yaşlı qapıçı Peşəkar Futbol Liqasının doğru qərar verdiyini düşünür: "Düzdür, belə vəziyyətdə oynamaq hər kəs üçün çətindir. Ancaq başqa nə etmək olar? Oynamaq lazımdır, başqa variant yoxdur. Futbolu dayandırmaq olmaz. Çempionat dayandırılsa, daha çətin olar”.

 

Qeyd edək ki, "Qarabağ” Premyer Liqanın XII turu çərçivəsində dekabrın 20-də "Qəbələ” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin