Qadın güləşçimizdən bürünc medal

00:35 17 Dekabr 2020

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. 

 

Sportarena.az xəbər verir ki, dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik 5-ci olub.

 

Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 


Xəbər xətti