Azərbaycan Premyer Liqasının dəyəri açıqlandı - Avropada neçənciyik?

09:05 17 Dekabr 2020

Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ölkə çempionatında çıxış edən 8 klubun heyətində yer alan futbolçuların ümumi dəyəri 54,83 milyon avrodu (113 milyon 361 min manat).Çempionatımız bu göstərici üzrə Avropada 32-cidi. 

 

Türkiyə Super Liqası 722,3 milyon avro dəyərlə 10-cu olub. Rusiya Premyer Liqası isə 943,8 milyon avro ilə 7-ci yeri tutur.Ermənistan çempionatına 37,83 milyon avro qiymət qoyulub. Düşmən ölkə birinciliyi bu göstərici üzrə 36-cı olub.Ən bahalı çempionat İngiltərə Premyer Liqasıdı. Onları İtaliya və İspaniya çempionatları izləyir.

 

Avropanın ən dəyərli 10 çempionatı:

1. İngiltərə (Premyer Liqa) - 8.91 milyard avro
2. İtaliya (A Seriya) - 5.14 milyard avro
3. İspaniya (La Liqa) - 5.05 milyard avro
4. Almaniya (Bundesliqa) - 4.51 milyard avro
5. Fransa (Liqa 1) - 3.44 milyard avro
6. Portuqaliya (Premyer Liqa) - 1.09 milyard avro
7. Rusiya (Premyer Liqa) - 943.80 milyon avro
8. Niderland (Erediviziya) - 921.60 milyon avro
9. Belçika (Jupiler Pro Liqa)  - 777.95 milyon avro
10. Türkiyə (Super Liqa) - 722.30 milyon avro 


Xəbər xətti