Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaqmı? - SON DURUM

15:23 17 Dekabr 2020

Azərbaycan Premyer Liqasının dekabrın 20-nə nəzərdə tutulmuş XII turunun matçlarının təxirə salınıb-salınmayacağına sabah aydınlıq gələcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev açıqlama verib.

 

“Hər şey plan üzrə gedir. Komandalar oyundan öncə test verəcək. Hər hansısa problem olmasa, çempionat nəzərdə tutulduğu vaxtda başlayacaq. Sabaha testin nəticələri bilinəcək. Bundan sonra hər şey dəqiqləşəcək”.

 

Qeyd edək ki, bir klubun yeddi və daha artıq futbolçusunda koronavirus aşkarlanarsa, həmin komanda oyuna buraxılmayacaq.

 

Xatırladaq ki, ötən həftə klublarda koronavirusa yoluxma sayı çox olduğundan, çempionat keçirilməyib. 


Digər xəbərlər

Xəbər xətti