"Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik" - “Keşlə”nin məşqçisi

Sportarena.az      21 Dekabr 2020 , 11:05

“Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu (0:2) şərh edib.
 

Sportarena.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çempionatda fasilə yaranmışdı. Bilirdik ki, ağır olacaq. İki fərqli hissə izlədik. İlk yarıda rəqib öz imkanlarından istifadə etdi. İkinci hissədə bizim üstünlüyümüz oldu, amma yararlana bilmədik. Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik. Əslində oyunumuz normaldır. Nəticəni əvvəldən bilmək olmur. Əlimizdən gələni etdik”.
 

İsmayılov son vaxtlar koronavirusa kütləvi yoluxma hallarına görə çempionatın dayanacağını gözlədiklərini söyləyib: "Qarşıda daha bir oyunumuz var. İndidən fasiləni düşünməməliyik. Bu gün məğlub olduq. İşimiz çətinləşib. Gələn tur səfərdə "Neftçi" ilə qarılaşacağıq. Qələbə qazanmaq istəyirik".
 

Məşqçi Şohrux Qadoyevin komandadan ayrılmasına da münasibət bildirib: "Yerli futbolçu ilə müqayisədə, legionerdən daha çox şey gözlənilir. Belə məsləhət oldu, müqaviləyə xitam verdik". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin