“Qarabağ”ın legioneri 20-yə çatdı

12:27 21 Dekabr 2020

Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub.
 

Sportarena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib. “Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb.
 

O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib. Ozobiç 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir. 


Digər xəbərlər

Xəbər xətti