"Sumqayıt"da yeni yoluxma aşkarlandı

14:30 23 Dekabr 2020

"Sumqayıt"da son koronavirus testlərinin nəticələri bəlli olub.

 

Klubdan "Report"a verilən məlumata görə, futbolçulardan birində infeksiya aşkarlanıb. Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb.

 

Qeyd edək ki, "Sumqayıt" dekabrın 24-də Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti