“Sabah”dan yeni transfer

13:31 24 Dekabr 2020

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar yeni komandasında 34 nömrəli formada çıxış edəcək.  


Digər xəbərlər

Xəbər xətti