"Qarabağ"ın legionerləri ölkəni tərk edir

12:18 25 Dekabr 2020

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.

 

Sportarena.az xəbər verir ki, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq.

 

Qeyd edək ki, "Qarabağ" XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.(report.az) 


Xəbər xətti