"Sumqayıt"ın qış hazırlıq planı - 2 yoxlama oyunu

00:52 28 Dekabr 2020

"Sumqayıt"ın qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda çempionatın qalan hissəsi üçün hazırlıqlarına yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.

 

Ayxan Abbasovun komandası toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. "Sumqayıt” yanvarın 10-da "Zirə", 14-də isə "Qəbələ" ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə "Keşlə" ilə qarşılaşacaq.


Xəbər xətti