“Qəbələ”dən 13 turda 24 futbolçu

Sportarena.az      28 Dekabr 2020 , 01:03

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan bölümündə 13 oyun keçirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev bu matçlarda 24 futbolçuya şans verib. Ən çox matç keçirən oyunçular 12 görüşdə şans qazanıb. Bunlar Yurgen Qoxa, Anar Nəzirov, İdris İnqilablı, Vinko Medimoreç, Nikolas Raysel və Asif Məmmədovdur. Meydanda ən çox vaxt keçirən futbolçu Yurgendir. O, 1061 dəqiqə oynayıb. 24 oyunçudan 14-ü matçların yarıdan çoxunda - ən azı 7 qarşılaşmada iştirak edib.

 

Mövsümün ilk hissəsində “Qəbələ”nin 8 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Rafael Utziqdir. Braziliyalı legioner 3 dəfə fərqlənib. Asif Məmmədov, Yusif Nəbiyev və Nikolas Raysel hərəyə 2 dəfə rəqib qapısına yol tapıb. Digər 4 oyunçu hərəyə 1 dəfə fərqlənib.

 

futbolçu oyun dəqiqə qol sarı qırmızı

Yurgen Qoxa 12 1061 1 2 0

Anar Nəzirov 12 1055 -18 2 0

İdris İnqilablı 12 1035 0 1 0

Vinko Medimoreç 12 1033 0 1 0

Nikolas Raysel 12 1031 2 0 1

Asif Məmmədov 12 791 2 4 0

Merab Qiqauri 11 990 0 4 0

Rafael Utziq 11 872 3 2 0

Cavid Hüseynov 11 515 0 2 0

Rövlan Muradov 10 714 1 5 1

Stefan Vukçeviç 10 698 0 1 0

Ceyms Adeniyi 9 505 1 2 0

Murad Musayev 8 607 0 2 0

Yusif Nəbiyev 7 305 2 1 0

Ülvi İsgəndərov 6 326 1 0 0

Qismət Alıyev 5 450 0 1 0

Rüfət Əhmədov 4 315 0 1 0

Roman Hüseynov 3 41 0 0 0

Faiq Hacıyev 2 180 0 0 0

Rodriqo Qattas 2 135 0 1 0

Tərlan Əhmədli 2 115 -2 1 0

Ehtiram Şahverdiyev 2 38 0 0 0

Yaovi Akakpo 1 13 0 0 0

Kamal Mirzəyev 1 1 0 0 0

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin