Türkiyə nəhəngi Mahir Emrelini transfer etmək istəyir - AÇIQLAMA

11:34 28 Dekabr 2020

"Beşiktaş" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini izləyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə türk jurnalist Haldun Domaç məlumat verib. Həmkarımız iddia edib ki, 23 yaşlı forvard "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçının maraq dairəsindədi:

 

"Beşiktaş" üçün önəmli mövqelərdən biri hücum xəttidi. Cenk Tosun komandaya qayıdacaqmı? Gəlməsə, onun yerinə kim alınacaq? Baş məşqçinin izlədiyi perspektivli və gələcək vəd edən futbolçu var. Azərbaycanın "Qarabağ" komandasında oynayan 23 yaşlı hücumçu Mahir Emreli. Çox effektli və kreativ oyunçudu. Həqiqətən yaradıcığı yüksəkdi. 16 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ildə müqaviləsi başa çatır. Fantastik cəhətləri də çoxdu. Bəlkə də Sergen Yalçının onu bəyənməsinin əsas səbəblərindən biri budu".

 

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. 


Xəbər xətti