Azərbaycanda 2020-ci ilin komandası

Sportarena.az      28 Dekabr 2020 , 13:01

Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb.

 

Sportarena.az xəbər berir ki, il ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib.19 turda ümumilikdə 75 matç oynanılıb. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

 

2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun komandası cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin