"Sumqayıt"ın əvəzolunmazı

15:09 28 Dekabr 2020

XIII turun yekunlaşması ilə Azərbaycan Premyer Liqası qış fasiləsinə yollanıb.“Sumqayıt” keçirilən 13 turun oyunlarını 4 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətlə yekunlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, 13 oyuna 16 qol vurub, öz qapısında isə 20 top görən komanda 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.Baş məşqçi Ayxan Abbasov geridə 13 tur ərzində 22 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan Tellur Mütəllimov (13 oyun, 1170 dəqiqə) və Rəhim Sadıxov (13 oyun, 1043 dəqiqə) keçirilən bütün qarşılaşmalarda iştirak edib. Onu da qeyd edək ki, Tellur Mütəllimov bütün oyunları əvəzlənmədən keçirib. Elvin Bədəlov (12 oyun, 1080 dəqiqə), Vurğun Hüseynov (12 oyun, 1026 dəqiqə), Murad Xaçayev (12 oyun, 979 dəqiqə), Xəyal Nəcəfov (12 oyun, 862 dəqiqə) və Adəm Həmati isə (12 oyun, 744 dəqiqə) Tellur və Rəhimdən bir oyun az keçiriblər.

 

“Sumqayıt” geridə qalan 13 turda 16 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 6 qolun müəllifi Əli Qurbani (9 oyun, 585 dəqiqə) olub. Rəhim Sadıxov 3 dəfə (13 oyun, 1043 dəqiqə), Tellur Mütəllimov 2 dəfə (13 oyun, 1170 dəqiqə), Süleyman Əhmədov (4 oyun, 345 dəqiqə), Cəmaləddin Xocaniyazov (10 oyun, 930 dəqiqə), Səbuhi Abdullazadə (6 oyun, 330 dəqiqə), Murad Xaçayev (12 oyun, 979 dəqiqə) və Xəyal Nəcəfov isə (12 oyun, 862 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb.

 

Tellur Mütəllimov – 13 oyun (1170 dəqiqə)
Rəhim Sadıxov – 13 (1043)
Elvin Bədəlov – 12 (1080)
Vurğun Hüseynov – 12 (1026)
Murad Xaçayev – 12 (979)
Xəyal Nəcəfov – 12 (862)
Adəm Həmati – 12 (774)
Vüqar Mustafayev – 11 (990)
Aydın Bayramov – 11 (945)
Cəmaləddin Xocaniyazov – 11 (930)
Əli Qurbani – 9 (585)
Eltun Turabov – 8 (490)
Rüfət Abdullazadə - 8 (214)
Elvin Məmmədov – 7 (371)
Səbuhi Abdullazadə – 7 (358)
Cavid İmamverdiyev – 7 (288)
Kərəm Sultanov – 7 (155)
Süleyman Əhmədov – 4 (345)
Mehdi Cənnətov – 3 (225)
Nəbi Məmmədov – 1 (23)
Nurlan Quliyev – 1 (17)
Nicat Əliyev – 1 (2)

 

Vurulan qollar: Əli Qurbani (6), Rəhim Sadıxov (3), Tellur Mütəllimov (2), Süleyman Əhmədov, Cəmaləddin Xocaniyazov, Səbuhi Abdullazadə, Murad Xaçayev, Xəyal Nəcəfov. 


Digər xəbərlər

Xəbər xətti