"Qəbələ"nin hazırlıq planı müəyyənləşdi

Sportarena.az      28 Dekabr 2020 , 15:52

"Qəbələ” komandasının qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.

 

Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. "Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da "Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib "Sumqayıt” olacaq.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. "Qırmızı-qaralar” XIV turun matçında səfərdə "Zirə” ilə qarşılaşacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin