“Zirə”də 13 turda 22 futbolçu

Sportarena.az      28 Dekabr 2020 , 16:04

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 2020-ci ilə aid hissəsi başa çatıb.

 

“Zirə” arxada qalan 13 turda 22 futbolçunun xidmətindən yararlanıb.Dörd oyunçu bütün matçlarda meydana çıxıb. Onlardan ikisi yerli, ikisi legioner statuslu futbolçudur. Klesio Bauk meydanda daha çox – 1169 dəqiqə keçirib. Davit Volkov bu göstəricidə ikincidir. İlkin Muradovla Ruslan Qurbanov bütün qarşılaşmalarda meydana çıxsa da, daha az dəqiqə keçiriblər.

 

Mövsümün ilk hissəsində “Zirə”nin qapısını ümumilikdə üç futbolçu qoruyub. Mateus Albino 11, Rəşad Əzizli 2 matçda meydana çıxıb. Bir görüşün son dəqiqələrində qırmızı vərəqə alan Albinonun yerinə sahə oyunçusu Ruslan Qurbanov qapıda dayanıb.

 

“Zirə”nin baş tutan 13 matçdakı ən yaxşı bombardiri Ağabala Ramazanovdur. O, rəqib qapılarından 5 top keçirib. Ondan az qol vuran Davit Volkov ikinci sıradadır. Klesio Baukun aktivində 3 top var. “Qartallar”ın qol sevinci yaşayan 7 üzvündən dördü hərəyə 1 dəfə fərqlənib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin