"Qarabağ"ın hazırlıq planı açıqlandı

17:29 29 Dekabr 2020

"Qarabağ" komandasının qış hazırlıq planı məlum olub.

 

Sportarena.az xəbər verir ki, son ölkə çempionu Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı "Sabah"la matçın hazırlıqlarına yanvarın 8-i klubun bazasında başlayacaq.Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda qış fasiləsində bir yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 14-də "Zirə"ylə qarşılaşacaq.

 

Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı yanvarın 21-də keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti