"Zirə"nin legioneri Bakıda evləndi - FOTO

18:12 29 Dekabr 2020

"Zirə"nin legioneri Davit Volkov subaylığın daşını atıb.

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı futbolçu xeyli vaxtdır birlikdə olduğu sevgilisi ilə Bakıda nikaha girib.Cütlük nikah haqqında şəhadətnamə ilə çəkdirdikləri fotonu sosial şəbəkə hesablarında paylaşıb.

 

Qeyd edək ki, Volkov 2018-19 mövsümünün ikinci, 2019-20 mövsümünün birinci yarısını "Qəbələ"də oynayıb. O, həmin müddətdə 27 çempionat qarşılaşmasında 7 qol vurub. Volkov bu ilin əvvəlindən çıxış etdiyi "Zirə"də isə 19 matçda 5 dəfə fərqlənib. 



Digər xəbərlər

Xəbər xətti