Millimizin Avropa çempionatındakı təqvimi müəyyənləşdi

20:41 29 Dekabr 2020

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin F qrupunun təqvimi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, komandalar I dövrədə Gürcüstan, II dövrədə Monteneqroda mübarizə aparacaq. Yığmamız və meydan sahibi olan komandalarla yanaşı Yunanıstan da bu qrupda qüvvəsini sınayacaq. Görüşlər 2021-ci ilin mayın 2-16-da keçiriləcək.

 

Komandamız ilk turda Monteneqro, ardınca Gürcüstan, sonra Yunanıstanla üz-üzə gələcək. İkinci dövrəyə də monteneqrolularla duellə başlayacaq yığmamız ardınca Yunanıstan, son turda Gürcüstanla görüşəcək.

 

 

AVRO-2021-in seçmə mərhələsi

F qrupu, I dövrə
 
I tur

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
 
II tur
 
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
 
III tur
 
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan

II dövrə
 
IV tur
 
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
 
V tur
 
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
 
VI tur
 
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro  


Digər xəbərlər

Xəbər xətti