“O, “Qarabağ”ın simvolu idi” - Qurban Qurbanov

Sportarena.az      6 Yanvar 2021 , 15:10

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandın “volkskrant.nl” saytına açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, o, açıqlamasında azarkeşlərin stadionlara az gəlməsindən danışıb: 

 

““Ayaks”la eyni situasiyada olmaq istərdik. Orada rəhbərlik siyasətlə idmanın ayrı tutulmalı olduğunu deyə bilər. Ancaq bu, bizdə mümkün deyildi. Azarkeşlərimiz nə etsinlər? Əksəriyyəti Qarabağ işğal olandan bəri ölkənin müxtəlif yerlərində qaçqın kimi yaşayırlar. Ölkənin ən populyar klubu olmağımıza baxmayaraq, bu səbəbdən Bakıda keçirilən matçlarımızda tribunalarda 3000-dən çox tərəfdarımız olmur”.

 

Qurbanov həmçinin Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovdan da danışıb: "O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin