Portuqaliya – Azərbaycan matçının stadionu müəyyənləşdi

Sportarena.az      7 Yanvar 2021 , 09:25

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, sözügedən matç paytaxt Lissabonda yerləşən və “Sportinq” klubuna məxsus olan “Joze Alvalade” stadionunda baş tutacaq.Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomes qurumun rəsmi saytına açıqlamasında məlumat verib.

 

Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar oynayacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin