“Beşiktaş” 3 xalı 6 qolla qazandı

11:09 7 Yanvar 2021

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.“Kayserispor” “Dənizlispor”u səfərdə minimal hesabla üstələyib. “Trabzonspor” “Göztəpə”ni, “Başakşəhər” “Ərzurumspor”u, “Gənclərbirliyi” “Hatayspor”u, “Antalyaspor” “Fatih Karagümrük”ü məğlub yola salıb.Lider “Beşiktaş” bu tur çərçivəsində doğma meydanda “Rizəspor”u sınağa çəkib. İstanbul təmsilçisi rəqibini 6 cavabsız qolla məğlub yola salıb.

 

Türkiyə Super Liqası
17-ci tur

 

Dənizlispor – Kayserispor 0:1
Qol: P.Enrike, 21.

 

Gənclərbirliyi – Hatayspor 3:1
Qol: Piris, 45+2-pen; 54-pen. Sio, 84 – Bupendza, 25.

 

Trabzonspor – Göztəpə 1:0
Qol: Ekuban, 27.

 

Başakşəhər – Ərzurumspor 1:0
Qol: Qulbrandsen, 40.

 

Beşiktaş – Rizəspor 6:0
Qol: Larin, 19; 31; 79; 83. O.Özyakup, 56. Hasiç, 89.

 

Antalyaspor – Fatih Karagümrük 3:1
Qol: H.Özmert, 19-pen. G.Bayrakdar, 37. E.Albayrak, 71 – Balkoveç, 10. 


Xəbər xətti