Blatter xəstəxanaya yerləşdirildi

11:02 8 Yanvar 2021

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri xəbər verib.Qəzetin məlumatına görə, 84 yaşlı Blatterin vəziyyəti ağır qiymətləndirilir, lakin həyati təhlükəsi yoxdur. Onun xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi açıqlanmır. Qızının sözlərinə görə, FİFA-nın keçmiş prezidentinin vəziyyəti gündən-günə yaxşılaşır, lakin onun istirahətə ehtiyacı var.

 

Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-ya rəhbərlik edib. O, korrupsiya işi üzrə 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevral ayında FİFA Apelyasiya Komitəsi bu müddəti 6 ilə qədər azaldıb.

 

2020-ci ilin iyununda Blatter FİFA fondundan 1 milyon dolları məqsədsiz şəkildə xərcləməkdə şübhəli bilinib. Dekabrda İsveçrənin Sürix şəhərində yerləşən FIFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar ona qarşı yerli prokurorluqda cinayət işi açılıb. 


Digər xəbərlər

Xəbər xətti