"Həmin an ağlamamaq üçün özümü güclə saxladım" - "Qarabağ"ın veteran futbolçusu

13:41 8 Yanvar 2021

"Qarabağ"ın veteran futbolçusu Müşfiq Hüseynov Ağdamın işğaldan azad olunması ilə bağlı Niderland nəşri "de Volkskrant"a danışıb.
 

Sportarena.az xəbər verir ki, sözügedən nəşr "Qarabağ"dan reportaj hazırlayıb. Reportajda Müşfiq bəyin də fikirlərinə yer verilib: "Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım. Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və "İmarət"ə qayıtmışdım.

 

Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidir. İndi orada hər şey dağıdılıb. Bizim "İmarət"dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı". 


Digər xəbərlər

Xəbər xətti