"Bu arzuma "Qarabağ"da çatdım" - Pedro Enrike

Sportarena.az      11 Yanvar 2021 , 14:56

“Qarabağ”ın keçmiş futbolçusu Pedro Enrike müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki günlərindən də danışıb.Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək Azərbaycan klubunun bu turnirdəki ilk qolunun müəllifi olan Pedro bununla arzusuna çatdığını söyləyib:

 

“Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.


Pedro, 2017/18 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi “köhlən atlar”da 19 oyuna 3 qol vurub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin