AFFA-nın növbəti konfransı keçiriləcək

08:18 12 Yanvar 2021

Yanvarın 29-da AFFA-nın növbəti Konfransı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.Bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında keçiriləcək növbəti Konfrans saat 11:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti