"Arsenal" "Qarabağ"ın sabiq üzvünü transfer edir

18:00 12 Yanvar 2021

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını "Arsenal"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, London klubu hazırda Çempionşip təmsilçisi "Bornmut"da çıxış edən Bosniya və Herseqovina millisinin qapıçısı ilə maraqlaır. Ehtiyat qapıçı axtarışında olan "Arsenal"ın əsas namizədlərdən biri 34 yaşlı qolkiperdi.

 

Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib. Qolkiper karyerası ərzində "Qarabağ" və "Bormut"dan başqa İngiltərənin "Portsmut", "Makklesfild", "Yeovil", "İpsviç", "Stok Siti", "Çelsi" və Belçikanın "La Luver" klublarında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti