Tanınmış şərhçi İTV-də işə başladı: "Karyeramda yeni səhifə açıram"

11:55 15 Yanvar 2021

Ötən ilin yayında CBC Sport kanalından ayrılan şərhçi Ürfan Məmmədlinin yeni iş yeri bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Fanat.Az-a tanınmış jurnalist özü məlumat verib. 

 

Məmmədli açıqlamasında karyerasında yeni səhifə açdığını bildirib: "Karyeramı bundan sonra İctimai TV-də davam etdirəcəm. Burada əvvəlki iş yerlərimdən fərqli olacaq. İdman sahəsindən qismən uzaqlaşıram. Artıq İctimai TV-nin Xəbərlər Redaksiyasında ictimai-siyasi mövzular üzrə redaktor vəzifəsində çalışacam. Karyeramda yeni səhifə açıram. İTV rəhbərliyinə etimad göstərdiyi üçün minnətdaram". 


Digər xəbərlər

Xəbər xətti