“Sumqayıt” növbəti transferini açıqladı

Sportarena.az      15 Yanvar 2021 , 13:50

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizdə də (2 oyun) çıxış edib.

 

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran) və Höccət Haqverdini ("Paykan", İran) də heyətinə cəlb edib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin