Türkiyə kubokunda 1/4 finalın püşkü atıldı

19:02 15 Yanvar 2021

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, “Qalatasaray” “Alanyaspor”la, “Sivasspor” “Antalyaspor”la üz-üzə gələcək.“Beşiktaş” “Konyaspor”un qonağı olacaqsa, “Fənərbaxça” “Başakşəhər”i sınağa çəkəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları fevralın 9-11-də, yarımfinal matçları isə martın 16-18-də keçiriləcək.

 

Türkiyə kuboku, 1/4 final

“Sivasspor” – “Antalyaspor”

“Qalatasaray” – “Alanyaspor”

“Konyaspor” – “Beşiktaş”

“Fənərbaxça” – “Başakşəhər”

 

Yarımfinal

“Sivasspor”/“Antalyaspor” cütünün qalibi - “Qalatasaray”/“Alanyaspor” cütünün qalibi

“Konyaspor”/“Beşiktaş” cütünün qalibi - “Fənərbaxça”/“Başakşəhər” cütünün qalibi 


Xəbər xətti