“Fənərbaxça” Məsut Özili transfer etdi

13:08 17 Yanvar 2021

İstanbulun “Fənərbaxça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsut Özili transfer edib.

 

Sportarena.az xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək. Həm “Fənərbaxça” klubunun, həm də Məsud Özilin sosial media hesablarında transferlə bağlı paylaşımlar edilib.

 

Xatırladaq ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti