"Yuventus"un Pol Poqba planı

19:44 17 Yanvar 2021

"Yuventus" Pol Poqbanı heyətinə geri qaytarmaq istəyir. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Xəbərə görə, İtaliya təmsilçisi "Mançester Yunayted"də çıxış edən yarımmüdafiəçini bu yay transfer etməyi nəzərdə tutub. 

 

İngilis klubunun baş məşqçisi Qunnar Sulşer hazırki heyəti mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Ancaq yayda Poqbanın transfer qiyməti düşəcək. Belə ki, fransız futbolçunun klubu ilə müqavilə müddəti 1 ilə enmiş olacaq. 

 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-2016-cı illərdə "Yuventus"un şərəfini qoruyub. O, keçirdiyi 124 matçda 28 dəfə fərqlənib. 


Xəbər xətti