"Beşiktaş" 2 qolla "Qalatasaray"ı məğlub etdi

22:37 17 Yanvar 2021

Bu gün Türkiyə Superliqasının 18-ci turunda İstanbul derbisi keçirilib.

 

Sportarena.az xəbər verir ki, lider "Beşiktaş" doğma meydanda əzəli rəqiblərindən olan  "Qalatasaray"la üz-üzə gəlib. Görüş "Beşiktaş"ın qələbəsi ilə başa çatıb.

 

"Beşiktaş" – "Qalatasaray" - 2:0
Qollar: Jozef, 79. Nkudu, 90+1.
 

"Beşiktaş" bu qələbədən sonra xallarının sayını 38-ə çatdıraraq, liderliyini möhkəmləndirib. "Qalatasaray" isə 33 xalla 4-cü pillədə qərarlaşır.


Digər xəbərlər

Xəbər xətti