"Qarabağ" dünyanın ən yaxşı klubları arasında

Sportarena.az      19 Yanvar 2021 , 15:29

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda 401 klub yer alıb.  Cədvəldə Azərbaycandan yalnız bir klub – “Qarabağ” yer alıb. Ağdam təmsilçisi 80 xalla 147-ci pillədə qərarlaşıb.

 

147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).

 

Ağdamlılar “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər üçü İspaniya), “Beşiktaş”, “Fənərbaxça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.

 

Reytinq cədvəlinə Almaniyanın “Bayern” (Münhen) klubu 260 xalla başçılıq edir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin