“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək

Sportarena.az      19 Yanvar 2021 , 15:52

Fevralın 18-i Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkəmizi 16 cüdoçu təmsil edəcək. Kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

 

Fevralın 20-dək davam edəcək yarışda indiyədək 26 ölkədən 125 cüdoçu iştirakını təsdiqləyib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin