“Bazel”in hücumçusu “Neftçi”yə keçməkdən imtina etdi

Sportarena.az      19 Yanvar 2021 , 16:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olub.
 

Sportarena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis hücumçu axtarışında olduqlarını deyib:
 

“Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər. Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin “Bazel” klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı. Hazırda axtarışlar davam edir və bir hücumçu ilə danışıqlar gedir”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin