PFL-dən yeni qərar

18:11 19 Yanvar 2021

Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Divizionun mövsümün sonuna qədər bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlərimizi anmaq məqsədi ilə bu addım atılacaq. 


Xəbər xətti