Azərbaycan Premyer Liqasının reytinqi açıqlandı

15:01 21 Yanvar 2021

Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb. Azərbaycan Premyer Liqası reytinq cədvəlində 174 xalla 74-cü sırada qərarlaşıb.

 

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A seriyası qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti