İstanbul derbisinin vaxtı açıqlandı

16:19 21 Yanvar 2021

Türkiyə Superliqasının 24-cü turunda “Fənərbaxça” və “Qalatasaray” arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq. “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində “Türk Telekom Arena”da keçirilən oyunda hesab açılmayıb. 


Xəbər xətti